Bukayo Saka 6-8 həftə yaşıl meydanlardan kənarda qala bilər

Futbol üzrə İngiltərə millisinin və “Arsenal” klubunun aparıcı hücumçularından olan Bukayo Saka uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

London klubun tibbi heyətinin ilkin qiymətləndirməsi zamanı 25 yaşlı vingerin budun dördbaşlı əzələsində zədə aşkarlanıb. İlkin ehtimallara əsasən, futbolçunun bərpası üçün 6-8 həftə vaxt tələb oluna bilər.

Bukayo Saka oktyabrın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Bayern”lə səfər oyununda (2:2) zədələnib. İngiltərə millisinin üzvü qarşılaşmanın cəmi 10-cu dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. Onu Ebereçi Eze əvəzləyib.

Zədələnmiş nahiyədə mayenin çox toplanması zədənin dəqiq ağırlıq dərəcəsini müəyyənləşdirməyi çətinləşdirir. Buna görə də futbolçunun vəziyyətini daha dəqiq qiymətləndirmək üçün əlavə MRT müayinəsi planlaşdırılıb.

İlkin proqnozlar Sakanın ən azı ay yarım yaşıl meydanlardan uzaq qala biləcəyini göstərir. Bununla belə, reabilitasiya müddətinin iki aya qədər uzanması da istisna edilmir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: