A Seriyası: “Roma” xal itirdi, “Latsio” qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Napoli” – “Roma” matçında qalib müəyyənləşməyib. “Latsio” evdə “Parma”ya qalib gəlib.

“Kalyari” doğma meydanda “Bolonya”ya 2 cavabsız qolla uduzubsa, “Komo” “Sassuolo”ya oxşar hesabla qalib gəlib.

Qeyd edək ki, 8-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İtaliya, A Seriyası
8-ci tur

23 oktyabr

Torino – Montsa 3:2

24 oktyabr

Kalyari – Bolonya 0:2
Komo – Sassuolo 2:0
Napoli – Roma 3:3
Latsio – Parma 2:1

25 oktyabr

15:30. İnter – Fiorentina
18:00. Atalanta – Frozinone
18:00. Cenoa – Venesiya
21:00. Leççe – Yuventus
23:45. Udineze – Milan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: