Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Yevlaxda baş tutub.
Burada “İmişli” “Şamaxı” ilə üz-üzə gəlib. Yevlax şəhər stadionunda təşkil edilmiş görüşün baş hakimi Rauf Cabbarov olub. Üç qolluq oyunun yekununda qələbəni “İmişli” bayram edib.
Premyer Liqa
9-cu tur
25 oktyabr
“İmişli” – “Şamaxı” 2:1
Qollar: Dioqo Almeyda, 17. Seyxan Fərəcov, 90+1-pen – Abdullahi Şuaybu, 65.
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu, 15:00.
İmişli: 1. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 55. Murad Ələkbərov, 13. Rafael Vyeqas, 21. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 80. Deko.
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 29. Edvin Banqera, 10. Dioqo Kardozo, 8. Xuan Hernandes.
Məşqçi: Ervin Perkon.
Şamaxı: 1. Rikardo Fernandes (k), 80. Həbib İsmayılov, 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 25. Filipe Markes, 13. Rikardo Apolinario, 9. Tornike Axvlediani, 11. Ayman Buali, 3. Jota, 4. Rui Paçeko, 52. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 14. Uğur Cahangirov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 10. Edqar Adilxanov, 66. Ceyhun Bağırzadə, 8. Teşaqer Dequ, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Azər Bağırov.


