“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasının 8-ci turunda “Çelsi” üzərində qazandıqları qələbəni şərh edib.
Arena.az xəbər verir ki, “Çelsi”nin baş məşqçisi Xabi Alonso isə komandasının məğlubiyyətini dəyərləndirib.
“Stemford Bric” stadionunda keçirilən qarşılaşma “Tottenhem”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Roberto De Zerbi matçdan sonrakı açıqlamasında futbolçularının qələbəyə layiq olduğunu vurğulayıb:
“Bu, azarkeşlər, klub və futbolçular üçün vacib məqam idi. Oyunçular bu qələbəyə layiq idilər və matça çox yaxşı hazırlaşmışdılar. Biz mentalitet, komanda ruhu, futbolçular arasındakı münasibətlər və nəhayət, meydandakı oyun baxımından nəzərəçarpacaq dərəcədə inkişaf edirik”, – deyə italiyalı məşqçi qeyd edib.
Xabi Alonso isə oyunun nəticəsindən məyus olduğunu bildirib:
“Hamımız nəticədən məyusuq. Həm komanda, həm də fərdi baxımdan ən yaxşı oyunumuzu göstərmədik. Rəqibin ilk qolu həlledici oldu. Azlıqda oynamaq çətin idi, amma daha yaxşı oynaya bilərik. Fürsətlərimiz oldu, lakin ümumilikdə daha yaxşı çıxış etməliyik”, – deyə ispaniyalı vurğulayıb.


