U-15 dünya çempionatında qalmaqal: Meydanı tərk etdilər

FİFA-nın Azərbaycanda təşkil etdiyi və tarixdə ilk dəfə keçirilən U-15 dünya çempionatı və festivalında qalmaqal qeydə alınıb.

Arena.az xəbər verri ki, İngiltərə millisi FİFA-nın təşkil etdiyi futbol festivalı çərçivəsində İrlandiya yığmasına qarşı keçirilən oyunda rəqib tərəfin irqçi davranışına görə meydanı vaxtından əvvəl tərk edib.

Hadisə qrup mərhələsinin görüşünün başa çatmasına bir dəqiqə qalmış, İrlandiya yığmasının 4:1 hesabı ilə öndə olduğu vaxt baş verib. İngiltərə millisinin məşqçilər korpusu insident barədə hakimləri məlumatlandırıb və futbolçulara meydanı tərk etmək göstərişi verib.

FİFA hadisə ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, U-15 dünya çempionatının ilkin mərhələsində komandalar qruplara bölünüblər. Yığmalar qrupdakı nəticələrinə uyğun olaraq pley-off mərhələsinin müxtəlif istiqamətlərində mübarizəni davam etdirirlər. Hər komanda turnirdə ümumilikdə 10 oyun keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: