Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Macarıstanın “Kişvarda” komandasının “Honved”lə matçını da buraxıb.
Arena.az xəbər verir ki, “Kişvarda” 2026/2027-ci illər mövsümünün 12-ci turu çərçivəsində bu gün “Honved”lə qarşılaşıb.
Futbolçumuzun komandası bu rəqibi ilə səfərdə üz-üzə gəlib və 0:1 hesablı məğlubiyyətə üzülüb. Nuriyev bu maçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Bu nəticədən sonra “Kişvarda” 12 xalla 12 iştirakçı arasında 11-cu pillədə qərarlaşıb. Futbolçumuzun komandası 12 oyunda 2 qələbə qazanıb, 6 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Anatoli Nuriyev “Kişvarda”ya bu ilin yayında “Zirə”dən azad agent kimi ayrılaraq keçib. O, indiyə qədər bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.
Nuriyev daha öncə “Sabah”, “Sumqayıt”, “Kolos”, “Minay”, “Stal”, “Serednye” kimi klubların da formasını geyinib.
2021-ci ildə Azərbaycan yığmasında debüt etmiş Anatoli millinin heyətində 19 oyuna çıxıb, 1 qol vurub.


