Bu gün keçirilmiş oyunlarla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 10-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Yeddi qolun qeydə alındığı “Udineze” – “Roma” görüşündə qonaqlar darmadağınla qalib gəliblər. “Bolonya” evdə “Montsa”nı məğlub edibsə, son çempion “İnter” də Milan derbisində əzəli rəqibi “Milan”a uduzub. Bu, “İnter”in cari mövsümdəki ilk məğlubiyyəti olub.
10-cu turun qalan görüşləri noyabrın 1-də və 2-də keçiriləcək.
İtaliya, A Seriyası
10-cu tur
31 oktyabr
Bolonya – Montsa 2:1
Udineze – Roma 2:5
Milan – İnter 3:1
1 noyabr
15:30. Komo – Venesiya
18:00. Frozinone – Torino
18:00. Latsio – Kalyari
21:00. Leççe – Cenoa
23:45. Yuventus – Napoli
2 noyabr
21:30. Sassuolo – Fiorentina
23:45. Atalanta – Parma


