ABL: “Gəncə” “Sumqayıt”a uduzdu, “Naxçıvan” qalib gəldi

Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 6-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun son günündə iki qarşılaşma keçirilib.

“Gəncə” doğma meydanda “Sumqayıt”a 76:80 hesabı ilə uduzub. Qalib komandanın heyətində Cordan Uotson və Malek Qrin hərəyə 22 xal toplayıblar.

Günün digər matçında “Naxçıvan” “Landau Lions”u 63:59 hesabı ilə məğlub edib. Naxçıvan klubunda Daşin Stivens 15 xalla ən məhsuldar basketbolçu olub.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Ordu” “Sabah2a 81:93 hesabı ilə uduzub. “Neftçi” isə NTD-ni 82:63 hesabı ilə məğlub edib.

6 turdan sonra “Neftçi” 10 xalla ABL-in turnir cədvəlinə başçılıq edir. “Sabah” və “Naxçıvan” 9 xalla ikinci-üçüncü yerləri bölüşürlər. “Sumqayıt” 8 xalla dördüncü, “Landau Lions”, “Ordu” və “Gəncə” isə müvafiq olaraq 7 xalla növbəti pillələrdə qərarlaşıblar. NTD 6 xalla sonuncudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: