Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 14-cü turunun oyun cədvəli müəyyənləşib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, dörd günü əhatə edəcək tura dekabrın 4-də Zirədə keçiriləcək bir oyunla start veriləcək. Turun qalan görüşləri dekabrın 5-də, 6-da və 7-də keçiriləcək.
Premyer Liqa
14-cü tur
4 dekabr
“Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu, 19:00.
5 dekabr
“İmişli” – “Qəbələ”
Yevlax şəhər stadionu, 14:30.
6 dekabr
“Şamaxı” – “Kəpəz”
Şamaxı şəhər stadionu, 14:30.
“Sumqayıt” – “Turan Tovuz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.
7 dekabr
“Araz-Naxçıvan” – “Qarabağ”
Şamaxı şəhər stadionu, 14:30.
“Şəfa” – “Neftçi”
“Sumqayıt Arena”, 19:00.


