Xesus Ovono 12 oyunluq cəzalandırıldı

İspaniyanın “Andorra” klubunun qapıçısı Xesus Ovono rəqib futbolçuya qarşı ölümlə nəticələnən hərəkətinə görə 12 oyunluq diskvalifikasiya edilib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib.

Sözügedən qurum qapıçını “Tenerife”nin hücumçusu Xesus de Migelin ölümü ilə nəticələnən toqquşmaya görə cəzalandırıb. Bu cəza mümkün olan maksimum diskvalifikasiya müddətidir.

Qeyd edək ki, noyabrın 2-də “Tenerife”nin futbolçusu Xesus de Migel Ovono ilə toqquşmadan sonra ürək tutması keçirib. Tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılan futbolçu növbəti gün vəfat edib.

Xesus Ovono 2025-ci ildən “Andorra”da çıxış edir. 25 yaşlı qapıçı daha öncə “San İqnasio” və “Alaves” klublarında da forma geyinib. O, 2019-cu ildən Ekvatorial Qvineya yığmasında çıxıış edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: