Bu gün keçirilmiş oyunla futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 13-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında autsayderlər qrupunda qərarlaşmış “Levante” və “Elçe” komandaları üz-üzə gəliblər. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Beləliklə, geridə qalmış 13 turdan sonra 36 xala malik “Barselona” vahid liderdir. “Real” 33 xalla ikinci, “Atletiko” 31 xalla üçüncüdür. “Betis” 27, “Real Sosyedad” 22, “Sevilya” 19, “Rasinq” 17 xal toplayıb.
İspaniya, La Liqa
13-cü tur
20 noyabr
Atletik – Espanyol 0:1
21 noyabr
Alaves – Deportivo 3:1
Rayo Valyekano – Valensiya 0:1
Sevilya – Betis 1:1
Real – Selta 2:1
22 noyabr
Barselona – Vilyarreal 3:2
Rasinq – Real Sosyedad 3:2
Osasuna – Malaqa 1:0
Xetafe – Atletiko 0:3
23 noyabr
Levante – Elçe 1:1


