Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprin “Pafos” klubunun Avropa Konfrans Liqasının Liqa mərhələsi üçün sifariş ərizəsinə daxil edilib.
Arena.az xəbər verir ki, bu, komandanın digər futbolçusu Mumi Nqamaleunun zədələnərək uzun müddətə sarıdan çıxması nəticəsində baş verib.
Kipr mətbuatının yaydığı məlumata görə, kamerunlu cinah oyunçusu ağır zədə səbəbindən qarşıdakı bir neçə ay ərzində yaşıl meydanlardan kənarda qalacaq. Komandanın baş məşqçisi Rikardo Sa Pinto yarışın əsasnaməsindən istifadə edərək, Nqamaleunun əvəzinə azərbaycanlı hücumçunu seçib.
Kipr mətbuatı Məmmədovun indiyədək kifayət qədər oyun vaxtı qazanmaması fonunda bu qərarı maraqlı seçim kimi qiymətləndirib.
Xatırladaq ki, “Pafos” “Neftçi”nin yetirməsi olan 20 yaşlı azərbaycanlı futbolçunu 2026-cı ilin yayında azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb. Murad Məmmədov bu ilin yayında qoşulduğu “Pafos”un heyətində 6 rəsmi matçda forma geyinib, 1 qol vurub. O, Konfrans Liqasının əsas mərhələsinin startı ərəfəsində zədəli olduğu üçün, sifariş ərizəsinə daxil edilməmişdi.
“Pafos” noyabrın 26-da Avropa Konfrans Liqasında Danimarkanın “Midtyulland” komandasını qəbul edəcək.


