Liqa 1: Lion “Olimpik”i evdə “Monako”ya məğlub oldu

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 12-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Tuluza” – “Renn” matçında meydan sahibləri qalib gəliblər. “Oser” doğma meydanda Marsel “Olimpik”inə 2 cavabsız qolla uduzublar. Lion “Olimpik”i isə “Monako” ilə ev oyunundan məğlubiyyətlə ayrılıblar.

Beləliklə, 12 turdan sonra 29 xala malik PSJ vahid liderdir. “Paris” 23 xalla ikinci pillədə qərarlaşıb. Marsel “Olimpik”i, “Brest” və “Lill” 21, “Nitsa”, Lion “Olimpik”i və “Monako” isə 20 xal toplayıblar.

Fransa, Liqa 1
12-ci tur

27 noyabr

Brest – Paris 1:0

28 noyabr

Anje – Lans 2:5
Havr – Strasburq 1:3
Le Man – Lill 2:1
Nitsa – Trua 4:1
PSJ – Loryan 2:0

29 noyabr

Oser – Olimpik (Marsel) 0:2
Tuluza – Renn 3:2
Olimpik (Lion) – Monako 1:3

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: