İngiltərənin “Mançester Siti” klubu qapıçısı Ederson Moraeslə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
Braziliyadan olan 28 yaşlı qolkiperlə müddəti 2026-cı ilin yayına qədər olan yeni müqavilə imzalanıb.
Ederson 2017-ci ildən “Mançester Siti” klubundadır. O, İngiltərə təmsilçisində 194 oyun keçirib. Braziliya millisinin də üzvü olan futbolçu, əvvələr “Ribeyrao”, “Rio Ave” və “Benfika” klublarının formasını geyinib.


