Azərbaycan millisi Portuqaliyaya böyük hesabla məğlub oldu

Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız seçmə mərhələnin 6-cı turu çərçivəsində Portuqaliya ilə qarşılaşıb.

Millimiz A qrupunun favoritini doğma meydanda – Bakı Olimpiya Stadionunda qəbul edib. Komandamız bu oyunda 3 cavabsız qolla məğlub olub.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələyə məhz Portuqaliya ilə səfər matçı ilə start vermiş və 0:1 hesabı ilə uduzmuşdu. Daha sonra yığmamız Serbiya və Lüksemburqa 1:2 hesabıyla uduzub, İrlandiya ilə heç-heçə oynamışdı – 1:1.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
7 sentyabr

Azərbaycan – Portuqaliya 0:3
Qol: B.Silva, 26. A.Silva, 31. D.Jota, 75.
Baş məşqçi: Marko Quida (İtaliya).
Bakı Olimpiya Stadionu.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 19. Təmkin Xəlilzadə, 20. Filip Ozobiç.
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Aydın Bayramov, 5. Bəhlul Mustafazadə, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 11. Ramil Şeydayev, 15. Sertan Taşqın, 16. Anatoli Nuriyev, 17. Toral Bayramov, 18. Şəhriyar Əliyev, 21. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi.


Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gerrero, 6. Joao Palinya, 8. Joao Moutinyo (k), 9. Andre Silva, 10. Bernardo Silva, 11. Bruno Fernandes, 20. Joao Kanselo, 21. Dioqo Jota.
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Dioqo Kosta, 2. Nelson Semedo, 7. Fransisko Trinkan, 13. Danilo, 14. Dominqos Duarte, 14. Rafa Silva, 16. Otavio, 17. Qonsalo Quedes, 18. Ruben Neves, 19. Tavares Mendes, 23. Joao Mario.
Baş məşqçi: Fernando Santos.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: