Coy-Lens Mikels “Sabah”ın rekordunu təkrarladı

Coy-Lens Mikels “Sabah”ın rekordunu təkrarlayıb. Arena.az xəbər verir ki, o, klub tarixində bir mövsümdə ən çox qol vuran futbolçu adına şərik çıxıb.

Mikels cari çempionatda 8 dəfə fərqlənib. O, buna “Sumqayıt”la matçda nail olub. Hesabında 7 qol olan legioner komandasının 3:0 hesablı qələbəsinə töhfə verərək 8-ə çatıb.

“Sabah”ın heyətində bir mövsümdə ən çox qol vuran oyunçu Marko Deviç idi. Ukrayna vətəndaşı olan serb futbolçu 2018/19 mövsümündə 8 dəfə rəqib qapısına yol tapıb. Lakin Coy-Lens Mikels bu mövsümün qalan hissəsində ən azı bir qol vurmağı bacarsa, “Sabah”ın yeni rekordçusuna çevrilmiş olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: