A Seriyası: “Roma”dan mövsümün son matçında darmadağın

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2021/22 mövsümünün sonuncu turuna start verilib. Arena.az xəbər verir ki, 38-ci turun ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Roma” Turində “Torino”nun qonağı olub. Paytaxt təmsilçisi səfərdə darmadağınla qalib gəlib. “Canavarlar” bu qələbə ilə Avropa Liqasına vəsiqə qazanıb.

Çempionluq mübarizəsinin son tura kimi davam etdiyi A Seriyasında mövsümün ən güclüsünün adına mayın 22-də aydınlıq gələcək. Lider “Milan” səfərdə “Sassuolo” ilə üz-üzə gələcək. “Milan”ın büdrəməsinə ümid edən “İnter” isə evdə “Sampdoriya”nın müqavimətini qırmağa çalışacaq.

İtaliya A Seriyası
38-ci tur

20 may

Torino – Roma 0:3
Qol: T.Abraham, 33; 42-pen. Pelleqrini, 78-pen.

21 may

19:15. Cenoa – Bolonya
22:45. Atalanta – Empoli
22:45. Latsio – Verona
22:45. Fiorentina – Yuventus

22 may

14:30. Spetsiya – Napoli
20:00. İnter – Sampdoriya
20:00. Sassuolo – Milan
23:00. Venesiya – Kalyari
23:00. Salernitana – Udineze

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: