Premyer Liqa: Gəncədə son 10 ilin rekordu

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turu tamaşaçı rekordu ilə əlamətdar olub.

Arena.az xəbər verir ki, “Kəpəz” – “Turan Tovuz” qarşılaşmasını (1:0) 13500 izləyici seyr edib.

Bu, həm cari mövsümün rekordu, həm də son 10 turnir üçün 2-ci göstəricidir.

Son 10 ildə Premyer Liqada yalnız bir oyunda daha çox tamaşaçı qeydə alınıb. Ötən mövsümün “Qarabağ” – “Sabah” matçına 17338 seyrçi tamaşa edib. Həmin oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Təxminən 3 ildən sonra Premyer Liqa matçına ev sahibliyi edən Gəncə şəhər stadionu üçün turnirdə son 10 mövsümün rekordu qeydə alınıb. Bu arenada daha çox izləyici sonuncu dəfə 2016/2017-ci illər mövsümündə olub. Bu, 2016-cı il sentyabrın 25-də “Qarabağ”la qarşılaşmaya təsadüf edib – 14238 tamaşaçı .

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: