Məhəmməd Elneni “Arsenal”da qaldı

İngiltərənin “Arsenal” klubu yarımmüdafiəçisi Məhəmməd Elneni ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu yay başa çatdırdı.

Məhəmməd Elneni 2016-cı ildən “Arsenal”da çıxış edir. Misirli futbolçu bu komandanın heyətində meydana çıxdığı 147 oyunda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Misir yığmasının üzvü “Arsenal”da çıxış edərkən Türkiyənin “Beşiktaş” klubuna icarəyə də verilib. O, 2019/20 mövsümünü İstanbul təmsilçisində keçirib. Elneni daha öncə “Bazel” və “Al Mokavlon” klublarının uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: