“Səbail” yarımmüdafiəçisi Ruslan Hacıyev ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, tərəflər 2 illik yeni müqavilə imzalayıblar.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçunun əvvəlki sözləşməsi bu ilin yayına qədər idi.
Ruslan Hacıyev “Qarabağ”ın yetirməsidir. Lakin o, peşəkar karyerasına 2019-cu ildən cəlb olunduğu “Səbail”də başlayıb. Paytaxt klubu daha öncə onu icarəyə götürürdü. Bu dəfə isə yarımmüdafiəçi ilə tamhüquqlu müqavilə imzalanıb.
“Dənizçilər” daha öncə müdafiəçi Adil Nağıyevlə sözləşmə yeniləmişdi. Əvəzində Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı və Cavid Tağıyevlə yollar ayrılıb.


