“Səbail” müdafiəçisi Camal Araqo ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilə müddəti sona çatdığı üçün futbolçu ilə yolların ayrılması barədə qərar qəbul edilib. “Səbail” PFK Camala gələcək karyerasında uğurlar arzu edib.
Camal Araqo 2021-ci ilin yayında “Səbail”ə cəlb olunmuşdu. Liberiyadan olan 29 yaşlı sol cinah müdafiəçisi “dənizçilər”in heyətində 28 oyuna çıxıb. O, bu görüşlərdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Səbail” daha öncə Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı və Cavid Tağıyevlə də yollarını ayırmışdı. “Dənizçilər” hələlik yalnız Adil Nağıyev və Ruslan Hacıyevlə yeni müqavilə bağlayıb.


