Bu gün futbol üzrə Avropa və Cənubi Amerika çempionları arasında “Finalissima” oyunu baş tutub. Arena.az xəbər verir ki, bu qarşılaşma UEFA ilə CONMEBOL arasında müddəti 2028-ci ilədək nəzərdə tutan əməkdaşlıq memorandumu çərçivəsində keçirilib.
İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda təşkil olunan matçda İtaliya və Argentina milli komandaları qarşılaşıb. Bakı vaxtı ilə saat 22:45-də başlayan matçı Çilidən olan FİFA referisi Pyero Masa idarə edib.
Qarşılşama Argentina yığmasının qələbəsiylə yekunlaşıb. Cənubi Amerika çempionu Avropanın ən güclü yığmasını 3 cavabsız qolla məğlub edib.
Finalissima
1 iyun
İtaliya – Argentina 0:3
Qol: L.Martines, 28. Di Maria, 45+1. Dibala, 90+4.
Baş hakim: Pyero Masa (Çili).
London, “Uembli” stadionu.


