Dieqo Qodin Braziliya klubunu Argentina təmsilçisinə dəyişdi

Uruqvaylı müdafiəçi Dieqo Qodin Braziliyanın “Atletiko Mineyro” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

36 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. O, 2022-ci ilin yanvarında transfer olunduğu Braziliya klubu ilə 1 illik müqavilə imzalamışdı. Uruqvay yığmasının sabiq üzvü “Atletiko Mineyro”da cəmi 9 oyuna çıxıb və 1 qol vurub.

Dieqo Qodin Braziliya klubundan ayrılan kimi Argentina təmsilçisi “Velez Sarsfild” klubuna keçib. Azad agent statusuna malik futbolçu yeni klubu ilə ilyarımlıq müqavilə bağlayıb. Belə ki, o, 2023-cü ilin sonuna kimi bu komandanın uğurları üçün çalışacaq.

Uruqvaylı müdafiəçi “Atletiko Minyeyro”dan əvvəl İtaliyada “Kalyari”, “İnter”, İspaniyada “Vilyarreal”, “Atletiko”da çıxış edib. O, Avropaya gələnə qədər “Serro” və “Nasional”ın da formasını geyinib. Ölkəsinin yığmasında 159 matça çıxan müdafiəçi, 8 qol da vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: