Vüqar Məmməd yenidən “Zirə”də!

Azərbaycanın aşağı yaş qrupları üzrə müxtəlif yığma komandalarında məşqçi kimi çalışmış Vüqar Məmməd özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, o, bundan sonra “Zirə”də çalışacaq.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə Vüqar Məmmədin bundan sonra əsas komandanın məşqçilər korpusunda yer alacağı diqqətə çatdırılıb. 44 yaşlı mütəxəssislə bir il yarımlıq müqavilə bağlanıldığı açıqlanıb.

Xatırladaq ki, Vüqar Məmməd 2019/20 mövsümündə də “Zirə”nin əsas komandasında məşqçi kimi çalışıb. O, son olaraq “Səbail”də məşqçi kimi işləyib. Gənc mütəxəssis daha öncə Azərbaycanın U-15, U-16, U-17 və U-19 yığmalarında da baş məşqçi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: