DÇ-2022: Mundialda Argentina – Fransa finalı olacaq!

Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatı (DÇ-2022) davam edir. Arena.az xəbər verir ki, bu gün yarımfinal mərhələsinə yekun vurulub.

İkinci finalçının adına Fransa – Mərakeş matçında aydınlıq gəlib. Turnirin əsas favoritlərindən olan Fransa yığması ardıcıl ikinci dəfə finala yüksəlmək arzusunda idi. Bu mundialın ən sürpriz komandasına çevrilən Mərakeş yığmasının sonuncu dünya çempionuna nə dərəcədə mane olacağı böyük maraqla gözlənilirdi. Amma Avropa təmsilçisi bu dəfə onlara sürpriz etməyə imkan verməyib. İki cavabsız qolla qalib gələn fransızlar finala yüksəliblər.

Xatırladaq ki, ilk yarımfinal oyununda Argentina Xorvatiyaya 3:0 hesabıyla qalib gələrək finala yüksəlmişdi. Beləliklə, dekabrın 18-də baş tutacaq final matçında Fransa və Argentina yığmaları üz-üzə gələcəklər. Bundan bir gün əvvəl isə üçüncü yer uğrunda oyun keçiriləcək. Həmin oyunda da Mərakeş və Xorvatiya yığmaları qarşılaşacaqlar.

DÇ-2022
Yarımfinal
14 dekabr

Fransa – Mərakeş 2:0
Qol: Teo Hernandes, 5. Randal Kolo Muani, 79.
Baş hakim: Sezar Ramos (Meksika).
“Əl-Bayt” stadionu.

Fransa: Uqo Lyoris (k), Jül Kunde, İbrahima Konate, Yussuf Fofana, Rafael Varan, Teo Hernandes, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.
Mərakeş: Yassin Bunu, Romen Saiss (k), Əşrəf Hakimi, Cavad Əl-Yamik, Sofyan Amrabat, Azeddin Unai, Nayef Agerd, Nussair Mazraui, Sofyan Bufal, Yussuf Ən-Nəsiri, Hakim Ziyeş.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: