Ötən ilin sonunda Belçika milli komandasının baş məşqçisi postundan istefa verən Roberto Martines özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis Portuqaliya milli komandasının baş məşqçisi təyin edilib.
Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında müddəti 2022-ci ilin iyul ayına qədər olan müqavilə imzalanıb. Martines bu postda bu postda Fernando Santosu əvəz edib. Hansı ki, o da ispan məşqçi kimi məhz DÇ-2022-dən sonra istefa vermişdi.
Xatırladaq ki, Roberto Martines 2016-cı ildən Belçika milli komandasına rəhbərlik edirdi. “Qırmızı iblislər” bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 80 matça çıxıb. Sözügedən komanda bu oyunlarda 56 qələbə qazanıb, 13 heç-heçə edib və 11 məğlubiyyətlə üzləşib.
İspaniyalı mütəxəssis daha öncə İngiltərənin “Suonsi Siti” və “Uiqan” və “Everton” klublarında da baş məşqçi kimi fəaliyyət göstərib. O, “Suonsi Siti”ni İngiltərə ikinci divizionunun qalibi edib. Həmçinin “Uiqan”a da İngiltərə Federasiya Kubokunun qazandırıb. Martines 2018-ci ildə FİFA tərəfindən ilin ən yaxşı məşqçisi elan edilib.


