“Monpelye” onun transferi üçün 6 milyon avro ödədi

Fransanın “Monpelye” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Mets”dən Bubakar Kuyateni transfer edib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Daha çox Kiki Kuyate kimi tanınmış mərkəz müdafiəçisinin transferi “Monpelye”yə 6 milyon avroya başa gəlib. Malidən olan 25 yaşlı futbolçu yeni klubu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqaviləyə imza atıb. O, bu komandada 4 nömrəli formanı geyinəcək.

Bubakar Kuyate 2020-ci ilin avqust ayından formasını geyindiyi “Mets”də 74 oyuna çıxıb, 2 qol vurub. O, daha öncə Fransada “Trua”nın, Portuqaliyada “Sportinq”in B komandasının, Mərakeşdə “Kavkab”ın da formasını geyinib. Müdafiəçi Mali milli komandasında da 23 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: