Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib. Arena.az xəbər verir ki, uzun müddət idi oyun keçirməyən Rusiya yığması səfərdə İran millisi ilə üz-üzə gəlib.
Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar. Rusiyanın hərbi müdaxiləsi səbəbindən oxşar vəziyyətdə olan Ukrayna millisi isə İngiltərənin “Brentford” klubunun ikinci komandası ilə qarşılaşıb. Ukraynalılar bu matçda inamlı qələbəyə seviniblər.
Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Estoniya yığması isə Macarıstan millisi ilə üz-üzə gəlib. Yığmamızın rəqibi bu matçda məğlubiyyətə üzülüb.
Sonuncu dünya çempionu, Lionel Messili Argentina millisi də sınaq matçı keçirib. Panama yığmasıyla qarşılaşan DÇ-2022-nin qalibləri inamlı qələbə qazanıblar.
Yoxlama oyunu
23 mart
Honduras – El Salvador 1:0
Solomon adaları – Vanuatu 2:0
Yeni Zelandiya – Çin 0:0
Honq Konq – Sinqapur 1:1
Malayziya – Türkmənistan 1:0
Brentford 2 – Ukrayna 0:2
İran – Rusiya 1:1
Macarıstan – Estoniya 1:0
Argentina – Panama 2:0


