Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines komandanın ulduz hücumçu Kristiano Ronaldo barədə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, İspaniyadan olan 49 yaşlı mütəxəssis AÇ-2024-ün 3-cü turu çərçivəsində Bosniya və Herseqovina yığması ilə görüşdən (3:0) sonra ulduz futbolçunun oyununu belə şərh edib:
“Kristiano Ronaldonun münasibəti nümunəvidir. Kapitan kimi, Kristiano milli komanda üçün hər zaman hazır olmağın nümunəsidir. O, dünya futbolunda unikal oyunçudur. Bu, paltardəyişmə otağındakı dəyərlərimiz üçün çox vacibdir. Onun oyuna münasibəti çox yaxşı idi və mən çox məmnunam. Bu, onun komandada ən yaxşısı olmaq istədiyinin bir nümunəsidir”.
Kristiano Ronaldo Bosniya və Herseqovina ilə matçda məhsuldar fəaliyyəti ilə fərqlənməsə də, bütün oyunu meydanda olub. Qarşılaşmadan sonra ulduz futbolçu özünün sosial şəbəkə hesabında bunları yazıb:
“Əla qələbə, komanda! Bütün portuqaliyalılara dəstəyə görə təşəkkür edirəm”.
Xatırladaq ki, üç turdan sonra Portuqaliya yığması J qrupunun vahid lideridir. Roberto Martinesin komandası bütün oyunlarda qələbə qazanaraq qapısını toxunulmaz saxlamaqla 13 qol vurub.
İyunun 20-də növbəti oyunda Portuqaliya yığması İslandiya millisi ilə qarşılaşacaq.


