Futbol üzrə Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi son 10 il üçün dünyanın ən yaxşı futbolçusu elan olunub.
Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytı məlumat yayıb.
Qurumun hazırladığı siyahıda argentinalı futbolçu birinci yerə layiq görülüb. Onilliyin ikinci ən yaxşı futbolçusu hazırda “Yuventus”da çıxış edən Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo olub.
“Barselona”nın və İspaniya yığmasının keçmiş yarımmüdafiəçisi Andres İnyesta isə siyahıda üçüncü pilləni tutub.
- Lionel Messi – Argentina
- Kristiano Ronaldo – Portuqaliya
- Andres İnyesta – İspaniya
- Neymar – Braziliya
- Serxio Ramos – İspaniya
- Manuel Noyer – Almaniya
- Robert Levandovski – Polşa
- Canluici Buffon – İtaliya
- Zlatan İbrahimoviç – İsveç
- Luka Modriç – Xorvatiya


