Lotito: “İmmobile oğlum kimidir, amma 50 milyon avro olsa…”

“Latsio”nun prezidenti Kluadio Lotito Səudiyyə Ərəbistanı klublarının hücumçu Çiro İmmobileni transfer etmək istəyinə münasibət bildirib.

Arena.az italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən Lotitonun bu xüsusda fikrini diqqətinizə çatdırır:

“Mən İmmobile üçün heç bir rəsmi təklif almamışam. O, mənim üçün oğul kimidir, satılmır.

Məni İmmobile ilə ayrılmağa inandırmağın yeganə yolu 50 milyon avroluq bir təklif olardı, baxmayaraq ki, belə bir məbləğ olsa belə, onu satmağın vacibliyinə əmin olmazdım”, deyə Lotito bildirib.

Çiro İmmobilenin “Latsio” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

33 yaşlı İmmobile geridə qalmış 2022/2023 mövsümündə “Latsio”nun heyətində 38 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet portalı Çiro İmmobileni 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: