Andres İnyesta da “İnter Mayami”yə keçəcək

Yaponiyanın “Vissel Kobe” klubunun məşhur ispan yarımmüdafiəçisi Andres İnyesta karyerasını “İnter Mayami”də davam etdirə bilər.

Arena.az bu barədə “Offsider”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, İnyesta MLS klubu ilə ilkin razılığa gəlib. Hazırda İnyesta azad agent statusu daşıyır.

İnyesta “Vissel Kobe”yə 2018-ci ildə azad agent qismində, əvvəllər bütün karyerası boyunca çıxış etdiyi “Barselona”dan keçib. Geridə qalmış 2022/2023 mövsümündə ispan yarımmüdafiəçi yapon komandasının heyətində cəmi 6 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Ümumiyyətlə isə İnyesta “Vissel Kobe”nin heyətində 134 oyuna çıxıb, 26 qol vurub, 25 məhsuldar ötürmə verib. O, “inəklər”lə Yaponiya İmperator Kubokunu (2019) və Yaponiya Super Kubokunu (2020) qazanıb.

“Transfermarkt” internet-portalı 39 yaşlı Andres İnyestanı 1 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl “İnter Mayami”yə İnyestanın keçmiş komanda yoldaşları – argentinalı ulduz hücumçu Lionel Messi, “dayaqçı” Serxio Buskets və cinah müdafiəçisi Jordi Alba keçiblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: