“Araz Naxçıvan” ÇL-də mübarizəni erkən dayandırdı

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində sonuncu oyununu keçirib.

Arena.az xəbər verir ki, təmsilçimiz meydan sahibi olan Latviya çempionu “Riqa” ilə qarşılaşıb.

İlk iki oyunu cəzalı olduğuna görə buraxan Felipinyonun bu dəfə komandamıza kömək etməsi də Naxçıvan təmsilçisinin işinə yaramayıb. Fasiləyə minimalhesablı üstünlüklə yollanan rəqib ikinci hissədə daha çox qol vurub və cütün qalibi olub. Bu qələbə “Riqa”nı qrup qalibi edibsə, məğlubiyyət təmsilçimizi mübarizədən kənarlaşdırıb.

Xatırladaq ki, Azərbaycan çempionu buna qədər Türkiyənin “İstanbul Şişli” komandasına 9:1, Almaniya çempionu “Yan Regensburq”a isə 5:0 hesabıyla qalib gəlmişdi.

UEFA Çempionlar Liqası
İlkin təsnifat mərhələsi
A qrupu
26 avqust

“Riqa” (Latviya) – “Araz-Naxçıvan” 8:3
Qollar: Kuzmin, 2:30. Thalles, 10:24. Serjinyo, 18:26; 27:12. Strazdinş, 24:38. Rikardinyo, 30:05; 39:57. Labuts, 32:54 – Amadeu, 14:17; 15:05. Katatau, 33:51.
Qırmızı vərəqə: Lazar Milosavlyeviç, 17:24.
Hakimlər: Arttu Kyynaeraeynen (Finlandiya), Martina Pikkolo (İtaliya), Georgios Kozakos (Kipr).
“Salaspils” İdman Arenası. Saat 18:00.

Riqa: Labuts, 8. Kulepovs, 10. Kuzmin, 17. Kozlovskis, 24. Rikardinyo, 12. Krizanovskis, 2. Rimkus, 3. Varqas, 7. Sens (k), 11. Strazdins, 14. Serjinyo, 16. Mikeviçs, 22. Vaporaki, 37. Thalles
Baş məşqçi: Artur Şketovski.

Araz Naxçıvan: 12. Luka Pavloviç, 8. Felipinyo, 7. Romao Lukas, 9. Lazar Milosavlyeviç, 20. Amadeu, 1. Emin Kürdov (k), 3. Tofiq Mikayılov, 6. Aleksiç Ninoslav, 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 15. Erik Dannilo, 21. Katatau.
Baş məşqçi: Vitali Borisov.

Xal: Riqa – 9. Araz Naxçıvan – 6. Yan Reqensburq – 3. İstanbul Şişli – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: