DÇ-2024-ün elit-raundunda Rumıniya və Niderland yığmaları ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu gün və sabah Bakıda hazırlıq keçəcək futzalçılarımız sentyabrın 13-də Bakı-İstanbul-Buxarest hava reysi ilə Rumıniyaya səfərə yollanacaq. İki gün oyunun keçiriləcəyi Buzau şəhərindəki “Romeo Lamadi Arena”da məşq edəcək komandamız matçın ertəsi gün Bakıya dönəcək. Sentyabrın 17-dən 20-nə qədər hazırlığını Bakı İdman Sarayında reallaşdıracaq millinin baş məşqçisi Vitali Borisov təlim-məşq toplanışına bu futzalçıları dəvət edib:
Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan);
Oyunçular: Xətai Bağırov, Amadeu, İsa Atayev, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe”, Qazaxıstan), Amir Şocaei (“Neftçi” İK), Everton Kardozo “Qallo” (“Manzanares”, İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi “Anderlext”, Belçika), Oktay Rüstəmli (“Baku Fire”).
Xatırladaq ki, Azərbaycan millisi DÇ-2024-ün elit-raun mərhələsində sentyabrın 15-də səfərdə Rumıniya yığması ilə qarşılaşacaq. Bundan 5 gün sonra isə komandamız Bakıda Niderland yığması ilə üz-üzə gələcək.


