DÇ-2026: Braziliya tək, Argentina 3 qolla qalib gəldi – Video

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 2-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

İlk turda darmadağına sevinmiş Braziliya yığması bu dəfə səfərdə Perunu çətinliklə məğlub edərək zirvədəki yerini qoruyub. Argentina yığması da bu dəfə səfərdə Boliviya ilə görüşüb və 3 cavabsız qolla qalib gəlib.

Üç qolun qeydə alındığı Ekvador – Uruqvay matçı meydan sahiblərinin qələbəsiylə bitib. Venesuela Paraqvayı tək qolla üstələyibsə, Çili – Kolumbiya matçında qapılara qol vurulmayıb.

2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar final mərhələsinə vəsiqə qazanacaq. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
2-ci tur
13 sentyabr

Boliviya – Argentina 0:3
Qollar: E.Fernandes, 31. N.Talyafiko, 42. N.Qonsales, 83.

Ekvador – Uruqvay 2:1
Qollar: F.Torres, 45+5; 61 – A.Kanobbio, 38.

Venesuela – Paraqvay 1:0
Qol: S.Rondon, 90+3-pen.

Çili – Kolumbiya 0:0

Peru – Braziliya 0:1
Qol: Markinyos, 90.

Xal: Braziliya – 6. Argentina – 6. Kolumbiya – 4. Uruqvay – 3. Venesuela – 3. Paraqvay – 1. Peru – 1. Çili – 1. Ekvador – 0. Boliviya – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: