Klopun agenti: “Yurgen “bundestim”i çalışdırmayacaq”

“Liverpul”un baş məşqçisi Yurgen Klopun agenti Mark Kositske alman mütəxəssisin Almaniya yığmasını çalışdırmayacağını bildirib.

Arena.az “The Athletic”ə istinadən məlumat verir ki, Kositske Yurgen Klopun Hans-Diter Flikin istefaya göndərilməsi ilə Rudi Föllerin müvəqqəti olaraq qayğısına qaldığı Almaniya yığmasını çalışdırmayacağını vurğulayıb:

“Yurgenin “Liverpul”la uzunmüddətli müqaviləsi var və milli komandanın baş məşqçisi vəzifəsi üçün əlçatmazdır”.

Xatırladaq ki, Almaniya Futbol İttifaqı (DFB) Klopu yığma komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd gördüyü məşqçilərin qısa siyahısında təqdim etmişdi.

Yurgen Klopp 2015-ci ilin payızından “Liverpul”u çalışdırır və “qırmızılar”a bütün mümkün klub turnirlərini qazanıb.

Alman mütəxəssisin “Liverpul”a cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Ümumiyyətlə isə “bundestim”i çalışdırmağa ən gerçək namizəd kimi məhz alman mütəxəssis Yulian Nagelsmanın adı çəkilir.

Dünən, sentyabrın 12-də isə Rudi Föllerin müvəqqəti olaraq çalışdırdığı Almaniya yığması hazırlıq çərçivəsində keçirdiyi yoldaşlıq oyununda Fransa yığmasını 2:1 hesabı ilə məğlub edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: