FIFA 2023-cü ilin ən yaxşılarına təqdim olunan “The Best” mükafatına namizəd futbolçuların və məşqçilərin siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
2023-cü ilin ən yaxşısı adına 12 oyunçu iddialıdır:
Xulian Alvares (Argentina)
Lionel Messi (Argentina)
Marselo Brozoviç (Xorvatiya)
Kevin De Bröyne (Belçika)
İlkay Gündoğan (Almaniya)
Erlinq Haland (Norveç)
Rodri (İspaniya)
Xviça Kvaratsxeliya (Gürcüstan)
Kilian Mbappe (Fransa)
Viktor Osimhen (Nigeriya)
Deklan Rays (İngiltərə)
Bernardo Silva (Portuqaliya).
2022-ci ilin ən yaxşı futbolçusu Lionel Messi seçilmişdi.
2023-cü ilin ən yaxşı qapıçısı adına beş namizəd var:
Yassin Bono (Mərakeş)
Tibo Kurtua (Belçika)
Ederson (Braziliya)
Andre Onana (Kamerun)
Mark-Andre ter Ştegen (Almaniya)
2022-ci ilin ən yaxşı qapıçısı Emiliano Martinres seçilmişdi.
2023-cü ilin ən yaxşısı olmağa namizəd baş məşqçilər:
Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə)
Simone İnzaqi (“İnter”, İtaliya)
Luçano Spalletti (“Napoli”, İtaliya)
Ange Postekoqlu (“Tottenhem”, İngiltərə)
Xavi (“Barselona”, İspaniya)
2022-ci ilin ən yaxşı məşqçisi Lionel Skaloni seçilmişdi.
Qadın futbolu
FIFA qadın futbolunda da “The Best” mükafatına namizədlərin siyahısını açıqlayıb.
İlin ən yaxşı futbolçusu adına 16 namizəd var:
Aytana Bonmati (İspaniya)
Linda Kaysedo (Kolumbiya)
Reyçel Deyli (İngiltərə)
Kadidiatu Diani (Fransa)
Ceytlin Furd (Avstraliya)
Meri Fauler (Avstraliya)
Aleks Qrinvud (İngiltərə)
Cennifer Ermoso (İspaniya)
Lindsi Horan (ABŞ)
Amanda İlestedt (İsveç)
Loren Ceyms (İngiltərə)
Sem Kerr (Avstraliya)
Mapi Leon (İspaniya)
Hinata Miyazava (Yaponiya)
Salma Paralyuelo (İspaniya)
Kira Uolş (İngiltərə)
Ötən il ən yaxşı qadın futbolçu Aleksiya Putelyas seçilmişdi.
2023-cü ilin ən yaxşısı olmağa namizəd 7 qadın qapıçı:
Makkenzi Arnold (Avstraliya)
Ann-Katrin Berger (Almaniya)
Katalina Koll (İspaniya)
Meri Erps (İngiltərə)
Kristiane Endler (Çili)
Zeçira Muşoviç (İsveç)
Sandra Panos (İspaniya)
Ötən il Meri Erps ən yaxşı qapıçı elan edilmişdi.
2023-cü il üçün qadın kollektivlərdə işləyən mütəxəssislərdən ən yaxşı olmağa bu məşqçilər namizəddir:
Peter Gerhardsson (İsveç)
Conatan Xiraldes (“Barselona”, İspaniya)
Toni Qustavsson (Avstraliya)
Emma Heyz (“Çelsi”, İngiltərə)
Sarina Viqman (İngiltərə)
Qadın futbolunda 2023-cü ilin ən yaxşı məşqçisi Sarina Viqman olmuşdu.


