Sulşer: “MY mənə gərək olan oyunçuları ala bilmədi”

“Mançester Yunayted”in norveçli sabiq baş məşqçisi Ole Qunnar Sulşer “qırmızı şeytanlar”ı çalışdırdığı dövrü xatırlayıb.

Arena.az “The Athletic”ə istinadən məlumat verir ki, 50 yaşlı mütəxəssis klub rəhbərliyinin onun istədiyi futbolçuları komandasına ala bilmədiyini bildirib:

“Mənim, haqqında kluba dediyim futbolçuları ala bilmədik. Hansıları? Haland, hələ onun “Zalsburq” üçün debütündən əvvəl. Deklan Rays, hansı ki, o vaxt yayda onun üçün ödədikləri qədər qiymətli deyildi (“Arsenal” yarımmüdafiəçini 110 milyon avrodan çox qiymətə almışdı – redaktorun qeydi). Həmçinin Moyses Kaysedonun da namizədliyini müzakirə etmişdik, amma bizə burada və indi nəticə verməyə hazır olan oyunçular lazım idi. “Brayton” oyunçularına il yarım ərzində inkişaf üçün bir müstəvi verə bilər, “Yunayted” isə belə dəbdəbəyə malik deyil.

Və buna görə də klub bir çox oyunçunu əldən verdi. Biz Cud Bellingemi əldə etməyi çox istəyirdik – o, “Mançester Yunayted” üçün oyunçudur, amma onun seçiminə hörmət edirəm. Çox güman ki, ağıllı davranıb. Mən Harri Keyni həftənin istənilən günü imzalayardım. Başa düşdüyüm qədər, Harrinin özü bu addıma həris idi. Amma pandemiya səbəbindən “Mançester Yunayted” maliyyə baxımından məhdud idi, dibsiz pul quyumuz isə sadəcə olaraq yox idi”, deyə o, xatırlayıb.

Xatırladaq ki, Sulşer “Mançester Yunayted”i 2018-2021-ci illərdə çalışdırıb. Norveçli mütəxəssisin “qırmızı şeytanlar”ın sükanı arxasında ən böyük uğuru 2020/2021 mövsümü Avropa Liqasının final olub. Həlledici görüşdə “Mançester Yunayted” əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış oyunu penaltilər silsiləsində “Vilyarreal”a 10:11 hesabı ilə uduzaraq əldən verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: