Yüksək Liqa: Yeni mövsümün ilk təyinatları açıqlandı

Sabah – sentyabrın 26-da futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünə start veriləcək.

Arena.az xəbər verir ki, artıq yeni mövsümün ilk təyinatları da açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, yeni mövsümə FİFA referiləri start verəcəklər. Saat 14:00-da başlayacaq “Neftçi” İK – “Baku Fire” oyununu Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Nahid Xasıyev idarə edəcəklər.

Yüksək Liqa
1-ci tur
26 sentyabr

“Neftçi” İK – “Baku Fire”
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Nahid Xasıyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 14:00.

“Record” – U-19
Hakimlər: Hacıəli Ağayev, Elgün Hüseynov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 16:00.

“Araz-Naxçıvan” – “Yasamal Bakı”
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: