“Nottingem Forest”, “Çelsi”nin braziliyalı dayaq yarımmüdafiəçisi Andrey Santosa görə “zadəganlar”a cərimə təzminatı ödəyə bilər.
Arena.az “The Athletic”ə istinadən məlumat verir ki, “sağsağanlar” Andrey Santosu sağlam olduğu halda birillik icarə müddətində ehtiyatda saxlamağa davam etsələr, o halda “Nottingem Forest” bunun müqabilində London klubuna təzminat ödəmək məcburiyyətində qalacaq.
Mənbənin məlumatına görə, bu şərt icarə müqaviləsində xüsusi maddə əsasında qeyd edilib. “Zadəganlar” Andrey Santosu 2024-cü ilin yanvarında icarədən geri çağıra bilərlər. Bu maddə də klublar tərəfindən razılaşdırılıb.
Santos “Çelsi”yə cari ilin yanvarında, qış transfer pəncərəsi zamanı “Vasko da Qama”dan 12,5 milyon avro qarşılığında keçib. Santosun “zadəganlar”la müqaviləsi 2030-cu il iyunun sonuna qədər qüvvədədir. Cari ilin yay transfer pəncərəsi zamanı, avqustda Santos “Nottingem Forest”ə icarəyə verilib. İcarə müddəti 2024-cü ilin may ayının sonunda başa çatacaq. Santos “Nottingem Forest”in qoşulduğu gündən “sağsağanlar”ın heyətində cəmi 1 oyunda iştirak edib. Braziliyalı “dayaqçı” İngiltərə Liqa Kuboku çərçivəsində “Börnli”yə qarşı oyunda (0:1) meydana çıxıb.
Andrey Santos 2023-cü ilin martında Braziliya millisinin heyətində debüt edib, 65 dəqiqə meydanda olub.
“Transfermarkt” internet-portalı 19 yaşlı Andrey Santosu 15 milyon avro məbləğində qiymətləndirir.


