Super Liqa: “Qalatasaray” Antalyada 2 cavabsız qola sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Pendikspor” – “Sivasspor” matçında qonaqlar çətin qələbəyə seviniblər.

“Ankaragücü” doğma meydanda “Kayserispor”u, “Başakşəhər” isə “Qaziantep”i məğlub edib.

Səfərdə “Antalyaspor”la qarşılaşan son çempion “Qalatasaray” da turu inamlı qələbə ilə başa vurub.

Xatırladaq ki, 8-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Türkiyə, Super Liqa
8-ci tur
6 oktyabr

Adana Dəmirspor – Trabzonspor 1:0
Qol: Nani, 29.

Alanyaspor – Fatih Karagümrük 2:1
Qollar: K.Eduardo, 18. O.Aydın, 83 – G.Yalçın, 90.

7 oktyabr

Pendikspor – Sivasspor 2:3
Qollar: E.Yardımcı, 68. G.Kaya, 74 – Barrou, 4. Manay, 57. Appindanqoye, 76.

Ankaragücü – Kayserispor 3:0
Qollar: Q.Rodriqes, 49. Bayiç, 52. Maçeda, 89.

Antalyaspor – Qalatasaray 0:2
Qollar: D.Sançes, 58. İkardi, 86.

Başakşəhər – Qaziantep 2:0
Qollar: Opoku, 3. Djilobodji, 36-öz qapısına.

8 oktyabr

14:30. Rizəspor – Samsunspor
17:00. Beşiktaş – İstanbulspor
20:00. Hatayspor – Konyaspor
20:00. Kasımpaşa – Fənərbaxça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: