Futbol üzrə ölkə çempionu “Qarabağ” Azərbaycan Premyer Liqasında növbəti oyununu bu həftə səfərdə keçirəcək.
Arena.az xəbər verir ki, Ağdam komandası 2-ci dövrənin açılış matçında meydana çıxacaq.
Qurban Qurbanovun yetirmələri 10-cu turun ilk günündə “Turan Tovuz”la görüşəcək.
Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma rəqiblər arasında 6-cı duel olacaq. Ağdamlılar buna qədər keçirilən 5 oyunun hamısında qalib gəliblər. Xal itirməyən komanda 14 qol vurub və 3-nü buraxıb.
Çempion son üç duelin hərəsində 3 qol vurub. Komanda ümumiyyətlə hər görüşdə 2 və ya daha çox qola imza atıb.
3-cü dəfə “Turan Tovuz”un qonağı olacaq “Qarabağ” səfərdəki qarşılaşmalarda 5 qol vurub. Meydan sahibləri əvvəlki iki matçda 2 dəfə fərqlənib.
Xatırladaq ki, sabah – oktyabrın 20-də Tovuz şəhər stadionunda keçiriləcək bu matça saat 18:30-da start veriləcək.


