“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldonun Portuqaliyadakı qonşuları futbolçunun malikanəsinin tikintisindən narazıdırlar.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, malikanə artıq ölkənin ən bahalı evidir və onun inşası yalnız 2024-cü ildə başa çatacaq. Malikanə Lissabondan təxminən 20 dəqiqəlik məsafədə, Kaşkayş şəhərciyində inşa edilir. Tikintinin 22 milyon dollara başa gəldiyi təxmin edilir.
Layihədə gözəl Portuqaliya mənzərəsinə baxan nəhəng şüşə divarlarla örtülmüş dörd mərtəbə var. Bundan əlavə, kinoteatr otağı, xidmət sahəsi, idman zalı, tennis kortu və Kristiano Ronaldoya məxsus 20-dən çox dəbdəbəli avtomobili saxlamaq üçün iki qaraj olacaq.
“Bizdə üç il inşaat gedib. Ev o qədər böyükdür ki, xəstəxanaya oxşayır. Aylardır küçəm kəsilib, bağım tozla doludur. Hamısı isə “piramida” ucbatından. Evin tikintisi ən azı bir il davam edəcək. Xirtdəyimizə yığılmışıq, canımıza doymuşuq!”, deyə sakinlərdən biri fəryad edib.


