UEFA Emin Mahmudovun vurduğu qolu ən yaxşı elan etdi

Azərbaycan millisinin üzvü Emin Mahmudovun İsveç yığmasına vurduğu qol AÇ-2024-ün seçmə mərhələsinin 9-cu turunun ən yaxşı qolu seçilib.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qitə futbol qurumunun rəsmi saytında aparılmış sorğunun nəticələrinə əsasən, Emin Mahmudovun qolu 9-cu turda vurulmuş digər qolları qabaqlayıb.

Xatırladaq ki, “Neftçi”nin futbolçusu İsveçlə Bakıda baş tutan oyunda təqribən 45 metrdən qapıya dəqiq zərbə endirərək qapıçı Robin Olseni məyus etmişdi. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matç Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: