İnfantino Braziliya – Argentina görüşündə baş vermiş iğtişaşı pislədi

FIFA prezidenti Canni İnfantino DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya – Argentina görüşü öncəsi baş vermiş iğtişaşdan danışıb.

Arena.az xatırladır ki, oyun öncəsi braziliyalı və argentinalı azarkeşlər arasında tribunalarda baş vermiş münaqişə nəticəsində yerli polis güc tətbiq etmək məcburiyyətində qalıb, Argentina yığması tribunalaraltı məkana yollanıb və yarım saat sonra geri dönərək, oyuna çıxıb.

“Futbolda istər meydanda, istərsə də meydandan kənarda şiddətə qətiyyən yer yoxdur. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya və Argentina yığmaları arasında “Marakana” stadionunda keçirilmiş oyunda olduğu kimi hadisələrin nə idmanımızda, nə də cəmiyyətimizdə yeri yoxdur. Hər bir oyunçu, azarkeş, heyət və məmur futbol oynamaq və həzz almaq üçün təhlükəsiz olmalıdır və mən müvafiq orqanlara bütün səviyyələrdə buna hörmət edilməsini təmin etməyə çağırıram”, – İnfantino sosial şəbəkə hesabı üzərindən fikrini dərc edib.

Braziliya – Argentina oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə sayəsində Argentina yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsinin CONMEBOL zonasının turnir cədvəlində 6-cı turdan sonra 15 xalla liderdir. Braziliya millisi isə 7 xalla 6-cı pillədədir.

Vurğulayaq ki, milli yığma komandalar arasında Braziliya – Argentina rəqabəti ən qocaman və qatı rəqabətdir. Vurğulayaq ki, argentinalı, uruqvaylı və çilili azarkeşlər cənubiamerikan futbolunda xuliqanlığı ilə ad çıxarıblar. Ələlxüsus Braziliyaya millisinə qarşı oyunlarda onlar müvafiq təxribatlara rəvac verirlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: