İngiltərə polisi qadın hakimi təhqir edənlərlə bağlı bəyanat yaydı

İngiltərə polisi qadın hakim Rebekka Uelçi təhqir etmiş yeniyetmələrin həbsi ilə bağlı müvafiq bəyanat yayıb.

Arena.az bu barədə “Goal” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, hadisə Çempionşipin 17-ci turunun “Birmingem Siti” – “Şeffild Uensdey” oyununda (2:1) baş verib.

“Biz iki yeniyetməni bu gün “Sent-Endryus” stadionunda “Birmingem”in keçirdiyi ev oyunu zamanı qadın hakimə qarşı mizoginistik (qadınlara qarşı nifrət) qışqırtılarına görə həbs etdik. Rəsmi simanın ünvanına qışqırıq səsləri eşitmiş əməkdaşlarımız tez bir zamanda onların hər ikisini həbs ediblər. Onların hər birinin 17 yaşı var.

Onlar hazırda ictimai asayişi pozmaqda şübhəli bilinərək həbsdədirlər. Biz araşdırma aparırıq. Nifrətin heç bir təzahürünə dözmürük və nifrət cinayətlərinin bizə bildirilməsi vacibdir”, – Uest-Midlends polisinin rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, hadisə “Birmingem Siti”nin oyundan əvvəl qadın hakimə qarşı nalayiq davranışa yol verməmək haqda stadiondakı azarkeşlərə ünvanladığı rəsmi tələbindən sonra baş verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: