Azərbaycan Kubokunda daha 4 komanda 1/8 finala yüksəldi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün ikinci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Şahdağ Qusar”ı minimal hesabla üstələyən “Qaradağ Lökbatan” növbəti mərhələyə adlayıb. Birinci Liqa təmsilçisi 1/8 finalda “Neftçi”yə rəqib olub.

Premyer Liqa təmsilçisi “Kəpəz” isə İkinci Liqanın lideri “Baku Sportinq”i çətinliklə – əlavə vaxtda vurduğu qollarla üstələyə bilib. Qərb təmsilçisinin növbəti rəqibi “Sabah” olacaq.

Digər Premyer Liqa təmsilçilərinə gəlincə, “Araz-Naxçıvan” “Kür-Araz”a şans verməyərək 1/8-ə adlayıb. Azər Bağırovun komandasının növbəti mərhələdəki rəqibi “İrəvan” olacaq.

İkinci oyun gününə “Lerik” – “Sumqayıt” matçı ilə yekun vurulub. Rəqibini 6 cavabsız qolla məğlub edən Sumqayıtın eyniadlı təmsilçisi 1/8 finalda “Karvan”a rəqib olub.

Xatırladaq ki, ilk oyun günündə “Səbail”, “Turan Tovuz”, “Karvan”, “İrəvan” və MOİK komandaları da növbəti mərhələyə yüksəlmişdilər.

Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsinin qalan oyunları (“Zaqatala” – Şamaxı” və “İmişli” – “Mingəçevir”) sabah – noyabrın 30-da keçiriləcək.

Azərbaycan Kuboku
İkinci təsnifat mərhələsi
29 noyabr

“Şahdağ Qusar” – “Qaradağ Lökbatan” 1:0
Qol: Sultan Mustafayev, 60.
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov.
Şamaxı OİK stadionu, 13:30.

“Kəpəz” – “Baku Sportinq” 2:0
Qollar: Nemət Musayev, 99. Martins Junior, 107.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Tovuz şəhər stadionu, 13:30.

“Kür-Araz” – “Araz-Naxçıvan” 1:6
Qollar: Ramazan Abbasov, 52 – Məhəmməd Kadiri, 21. Nicat Süleymanov, 47; 87; 90+2. Orxan Əliyev, 65; 88.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev.
Bakı. “Dalğa Arena”, 15:00.

“Lerik” – “Sumqayıt” 0:6
Qollar: Rövlan Muradov, 19. Sənan Muradlı, 41. Erik Sorqa, 54. Kamran Quliyev, 68; 80. Nihad Əhmədzadə, 77-pen.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov.
“Sumqayıt Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: