Freyzer Forster daha bir mövsüm “Tottenhem”də – Rəsmi

Futbol üzrə İngiltərə millisinin sabiq qapıçısı, hazırda 35 yaşlı olan Freyzer Forster “Tottenhem”lə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

İngilis qolkiperlə yeni müqavilə 2025-ci ilin yayına – 30 iyuna qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu mövsümün sonunda bitməli idi.

Freyzer Forster “Tottenhem”ə 2022-ci ilin iyul ayında gəlib. O, İngiltərə klubunun heyətində bu günə qədər 21 oyun keçirib. Bu oyunlarda 29 qol buraxmış qolkiperin hesabında 6 “quru” matç da var. 35 yaşlı futbolçu İngiltərə millisində də 6 matçda forma geyinib, 7 qol buraxıb.

Forster karyerası ərzində “Nyuklasl”, “Stokport Kaunti”, “Bristol Rovers”, “Norviç Siti”, “Seltik”, “Sauthempton” kimi klubların da uğurları üçün çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: