Lionel Skaloni: “Hələ də milli ilə bağlı qərarım barədə düşünürəm”

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni komandanın baş məşqçisi kimi gələcəyi ilə bağlı qərarı haqda danışıb.

Arena.az bu barədə “TyC Sports” dərgisinə istinadən məlumat verir.

“Mən buradayam, çünki hələ də məşqçiyəm, amma hələ də qərarım barədə düşünürəm. Braziliya oyunundan sonra dedim ki, indi düşünmək üçün vaxtdır və mən hələ də o vəziyyətdəyəm. Mən sakitcə hər şeyin necə gedəcəyini, oyunu yeniləməyə dəyərmi ya yox, deyə düşünürəm. Futbolçular çox yaxşı çıxış edirlər və onların səviyyəsinə uyğun istək və enerjiyə malik məşqçi lazımdır.
Prezident Tapia ilə münasibətlərim həmişə mükəmməli olub. Bu, sırf mənim və məşqçilər qərargahının işidir, komanda üçün nəyin yaxşı olduğunu düşünməliyik.

Braziliya oyunundan sonra Messi ilə danışdım, o, kapitandır və onunla əla münasibətim var. Bu gün mən prezidentlə yenidən danışdım, çox yaxşı münasibətdəyik”, deyə Skaloni ümumilikdə qeyri-müəyyənlik içində olduğunu başa düşməyə əsas verib.

Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunun Braziliya ilə oyunundan (1:0) sonra da 45 yaşlı mütəxəssis bu vəzifədə fəaliyyətini davam etdirəcəyinə şübhə etdiyini bildirmişdi.

Lionel Skaloni 2018-ci ilin avqust ayından Argentina yığmasına rəhbərlik edir. O, bu komandanı bütövlükdə 66 oyuna çıxarıb. Yığma bu görüşlərdə 48 qələbə qazanıb, 12 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.

Argentina yığması Skaloninin rəhbərliyi altında Qətərdə keçirilmiş 2022 FIFA Dünya Kubokunun, 2021 Amerika Kubokunun, 2022 Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub. Gənc mütəxəssis Argentina yığmasına 28 il sonra ilk dəfə Amerika kuboku, 36 il sonra isə dünya çempionluğu sevinci yaşadıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: