TFF və Türkiyə nəhəngləri Avropa Super Liqasına qarşı

Avropanın əksər ölkələrinin federiyasaları kimi, Türkiyə Futbol Federasiyası (TFF) da Avropa Super Liqasına qarşı çıxdığını elan edib.

Arena.az xəbər verir ki, TFF bununla bağlı bəyanat yayıb.

Federasiyanın yaydığı açıqlamada bunlar qeyd olunub:

“Avropa futbolunun özək təşkilatı olan UEFA-nın yaratdığı futbol piramidası istənilən səviyyədə futbol oynayan hər bir futbolçuya və istənilən kateqoriyada yarışan hər bir kluba Avropa futbolunun bir parçası olmağa imkan verir. 19 aprel 2021-ci ildə verdiyimiz “Avropa Super Liqası təşəbbüsü qəbuledilməzdir” başlıqlı bəyanatımızın arxasında dayandığımızı vurğulamaq istərdik. Bu gün də eyni qətiyyətlə futbolu daha da irəli aparmaq üçün Avropada bu idman növünün təşkilatçısı olan UEFA-nın rəhbərliyi altında işləməyə davam edəcəyik”.

TFF-dən sonra “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Başakşəhər” və “Sivasspor” klublar da bəyanat yayıblar. Türkiyə Super Liqasının aparıcı iştirakçıları Avropa Super Liqasına qarşı olduqlarını bəyan ediblər. Türkiyə nəhəngləri Avropa Klublar Assosiasiyasının (ECA) Avropa Super Liqasına dəstək verməmək qərarı ilə razılaşdıqlarını bildiriblər. Qardaş ölkə təmsilçiləri ECA ilə əməkdaşlığı davam etdirəcəklərini açıqlayıblar.

“Fənərbaxça”: “Klub olaraq hamının bilməsini istərdik ki, biz Avropa idman modelinin əsasını təşkil edən dəyərləri qorumaq üçün UEFA və FİFA ilə uzunmüddətli tərəfdaşlığımızı və əməkdaşlığımızı dəstəkləməyə davam edəcəyik. “Fənərbaxça” bütün maraqlı tərəflər üçün bərabər rəqabət hüququ və ən əsası futbolu hər kəs üçün bu qədər möhtəşəm edən mədəni irs üçün böyük təhlükə olan hər hansı separatçı turnirlərin tərəfdarı deyil”.

“Beşiktaş”: “Biz Avropa idman modelini açıq şəkildə dəstəkləyirik. Federasiyalar və liqalar tərəfindən təşkil edilən yarışlardan başqa istənilən turniri rədd edirik”.

“Qalatasaray”: “Super Liqa lahiyəsini dəstələmədiyimizi qeyd edirik.UEFA və FİFA ilə iş birliyimiz davam edəcək”.

Bahar Rüstəmzadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: